Siyasət

29 Oktyabr

ABŞ-ın nəhəng neft şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edib– RƏSMİ

"Şevron Azərbaycan Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Fins.az bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi veb-səhifəsində yer alıb.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ABŞ-ın məşhur neft şirkətlərindən olan “Şevron” Azərbaycanın ən böyük neft layihələrindən olan “Azəri-Çıraq-Günəşli”də əsas iştirakçılardan biri olub. Böyük Britaniyanın BP şirkəti və SOCAR-dan sonar ən böyük paya “Şevron”şirkəti sahib olub.