Siyasət

29 Oktyabr

SOCAR bu nəhəng şirkətlə əməliyyat ortaqlığını qiymətləndirə bilər

Socar Turkey Energy CEO Zaur Qəhrəmanov, İzmirin Aliağa səmtindəki terminalı satmaq fikri olmadığını, ancaq əməliyyat ortaqlığını qiymətləndirə biləcəklərini bildirib.
Azərbaycan dövlət neft şirkəti Socar, Goldman Sachs'ın ortağı olduğu İzmir-Aliağa'daki Socar Aliağa terminalı üçün "əməliyyat ortaqlığı"-nı düşünə biləcəyini bildirib.

Fins.az xəbər verir ki,  Bloomberg-in hesabatına görə Socar Turkey Enerji CEO'su Zaur Qəhrəmanov, Socar Aliağa limanını tamamilə satmağı düşünmədiyini söyləyərək, "Bununla birlikdə, terminal bizim əsas iş sahələrimizdən biri olmadığı və yüksək potensiala sahib olduğu üçün əməliyyat və idarəetmə sahəsində ixtisaslaşmış bir şirkətlə əməliyyat ortaqlığını qiymətləndirə bilərik" deyib.

Socar, Socar Aliağa terminalında 70% paya sahibdir. Qalan pay Goldmana məxsusdur. Limanın illik 1,5 milyon TEU konteyner tutumu var. Liman 400 milyon dollarlıq bir investisiya ilə həyata keçirildi.

Azəribaycan neft nəhəngi Socar Türkiyə, 2019-cu ilin sonundan etibarən 16,5 milyard dollar sərmayə qoyub. Təbii qaz doldurma, boru kəmərləri və rafineri zavodları ilə birlikdə Türkiyədəki ən böyük xarici birbaşa investor hesab olunur.

Müəllif: Aynur  Qəniyeva