SP Global Ratings Beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin reytinqlərini “stabil”dən “mənfi”yə endirib. Bu barədə agentlikdən məlumat verilir.
“Azərenerji”nin uzunmüddətli və qəsamüddətli kredit reytinqləri BB/B səviyyəsində təsdiq edilib.
“Suveren reytinqlərin azalması üzrə artan risklər həmçinin zərurət yaranacağı halda “Azərenerji”nin dövlət dəstəyinin son dərəcə yüksək ehtimalı səbəbindən “Azərenerji”nin kredit keyfiyyətinə təsir edir”, - məlumatda qeyd olunur.
Həmçinin, SP-nin mütəxəssisləri qeyd edirlər ki, dövlət “Azərenerji”nin likvidliyi və borc yükünə təzyiqi zəiflətməyə davam edəcək.
“Hazırda “Azərenerji”nin borcunun təxminən 85%-i hökumətin payına düşür, qalanına isə dövlət tərəfindən zəmanət verilib. Maliyyə Nazirliyi “Azərenerji”yə maliyyə dəstəyi üzrə böyük təcrübəyə malikdir. Guman edirik ki, bu 2020-2021-ci illərdə də davam edəcək. Hökumət 2020-ci və 2021-ci illərdə şirkətin borcunun ödənilməsi və ödəniləcək faiz üzrə ödənişlər üçün büdcədə kifayət qədər vəsait nəzərdə tutub”, - məlumatda deyilir.
SP-nin baza ssenarisi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar şirkət üçün heç bir maddi və ya əsaslı xərclər nəzərdə tutmur.
“Hazırda Dağlıq Qarabağda hərbi münaqişə səbəbindən şirkətin aktivlərinə maddi zərərin dəyəcəyini gözləmirik. Hesab edirik ki, şirkət Dağlıq Qarabağ ərazisində infrastrukturun inkişafına investisiya yatıra bilərdi və bu vəsait mühüm həcmdə olmayacaq və ya şirkət tərəfindən dövlət tərəfindən dəstəklənməyən mühüm səviyyədə borc tələb etməyəcək”, - məlumatda vurğulanır.
Agentlik hesab edir ki, “Azərenerji” mühüm həcmdə kapital qoyuluşlarına baxmayaraq, kənardan borclanmadan çəkinəcək.
“Fikrimizcə, 2020-2021-ci illərdə 1,2-1,4 milyard manat təşkil edəcək “Azərenerji”nin İnvestisiya proqramı ölkənin enerji sisteminin bərpasına önəlib. Eyni zamanda, proqnozlarımıza əsasən, şirkətin borc yükü 2020-2021-ci illərdə praktiki olaraq dəyişilməz qalacaq. Hesab edirik ki, “Azərenerji”, ölkədəki digər dövlət müəssisələri kimi, hökumətin razılığı olamdan yeni borc almayacaq. Və əksinə, sosial problemlərə görə bunu etmək istəmədiyini nəzərə alaraq, hökumətin tarifləri artıracağını gözləmirik”, - məlumatda qeyd olunur.
SP-nin proqnozlarına əsasən, Azərbaycanın uzunmüddətli reytinqinin endirilməsi həmçinin “Azərenerji” üzrə analoji vəziyyət yarada bilər.
“Biz, o cümlədən “Azərenerji”nin reytinqini endirə bilərik, əgər şirkətin kredit profili pisləşərsə və ya dövlət dəstəyi zəifləyəcəyi halda. Lakin bu ssenarilərin heç biri bizim cari baza variantımız deyil. Biz, həmçinin dövlətin dəstəyi dayanacağı halda “Azərenerji”nin reytinqini endirə bilərik. Hazırda dövət üçün “Azərenerji”nin əhəmiyyətini və şirkət üzrə mövcud dövlət zəmanətlərini nəzərə alaraq, bunu az ehtimal edilən hesab edirik”, - məlumatda deyilir.
(c)interfaks Azərbaycan