Siyasət

27 Oktyabr

ABŞ İranın neft nazirliyinə sanksiya tətbiq etdi

Fins.az xəbər verir ki, ABŞ rəhbərliyi İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Gücünə maddi dəstək verdikləri səbəbi ilə İran Neft Nazirliyini, İran Milli Neft Şirkətini (NIOC) və İran Milli Tanker Şirkətini (NITC) sanksiya siyahısına əlavə edib. 

ABŞ Maliyyə Naziri Stiv Mnüçin mövzu ilə əlaqədar bir açıqlamasında İran rejiminin İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Gücünün sabitliyi pozan fəaliyyətlərini maliyyələşdirmək üçün neft sektorundan istifadə etdiyini deyib. 

Mnüçin "İran rejimi İran xalqının ehtiyaclarına məhəl qoymadan terror təşkilatlarına və nüvə proqramına dəstəyini üstün tutur" fikrini bildirib. (investaz.az)