Siyasət

26 Oktyabr

“SOCAR Turkey“: Azərbaycan və Türkiyə Avropaya enerji dəhlizi yaratdı

"Bu ilin iyul ayında Ermənistan Azərbaycanın Tovuz rayonuna hücumlar edib. Tovuz rayonu Azərbaycanın enerji dəhlizi – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun keçən hissəsi olan bölgədir".

Fins.az-ın məlumatına görə, bunu Türkiyə televiziyalarından birinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, onların da məqsədi enerji dəhlizinə təhlükə yaratmaqdır: “Bu gün Qarabağda olan mücadilə Azərbaycan xalqının 30 il gözlədiyi bir savaşdır. Azərbaycan olaraq biz bu savaşda haqlıyıq”.

Z.Qəhrəmanov Azərbaycanın haqq savaşında xalqımızın yanında olduğu üçün Türkiyəyə təşəkkürünü bildirib: “Bu savaşda Türkiyənin Azərbaycanın yanında olması çox böyük bir xoşbəxtlikdir. Qarabağ – Azərbaycandır və biz qazanacağıq. Zəfər bizim olacaq”.

SOCAR rəsmisi bildirib ki, adıçəkilən enerji dəhlizləri daha da genişlənəcək: “Bizim böyük layihələrimiz var. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycanla Türkiyənin birgə böyük layihəsi olub. Biz birgə Avropa üçün enerji dəhlizi yaratmışıq. Bizim gələcəyimiz parlaqdır. Burda gücə güc qatacaq əməkdaşlıq olacaq”.

© Report