Siyasət

25 Oktyabr

“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”un (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) Mətbuat Xidmətindən bildirilib.

“Tanker yedəklə lövbər dayanacağına aparılıb, orada mütəxəssislər tərəfindən araşdırılacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış olub. Hadisədən  sonra 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur. Hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır