Fins.az xəbər verir ki, ABŞ Enerji Məlumat İdarəsi (EIA) ölkədəki xam neft ehtiyatlarının keçən həftə 1 milyon barel azalaraq 488.1 milyon barelə düşdüyünü açıqlayıb. Bazar proqnozları da ehtiyatların təxminən 1 milyon barel azalacağı istiqamətində idi.
Ölkənin gündəlik xam neft istehsalı 10-16 oktyabr həftəsində 586 min barel azalaraq, təxminən 10.36 milyon barel olub. (investaz.az)