Fins.az xəbər verir ki, "Öhdəlikləri yalnız 6 ölkə tam icra edir", deyə OPEC Plus ölkələrinin Nazirlərinin Monitorinq Komitəsinin iclasının (JMMC) hesabatında deyilir.
Hesabata əsasən, sentyabr ayı üzrə ümumi günlük azalma çatışmazlığı 2.33 milyon barel təşkil edib. Öhdəliklərini tam yerinə yetirən ölkələr sırasında Səudiyyə Ərəbistanı, Küveyt, Əlcəzair, Oman, Malayziya və Bəhreyn yer alıb.
Öhdəliklərini ən aşağı səviyyədə icra edən ölkə hələ də İraq olaraq qalır. Ölkə razılaşdırılan günlük səviyyədən 578 min barel artıq neft hasil edib.
Bundan əlavə, razılaşdırılan gündəlik səviyyədən təxminən 226 min barel artıq istehsal Nigeriyanın payına düşüb, eyni həcm Qabonda da qeydə alınıb. May-sentyabr aylarında artıq hasilat həcmləri Konqoda 167 min barel, BƏƏ-də 132 min barel, Anqolada və Ekvatorial Qvineyanın hər birində isə 95 min barel təşkil edib. (investaz.az)