Siyasət

20 Oktyabr

Azərbaycanın neft ixracından gəlirləri 36,5% azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 21 milyon 832 min 533,28 ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $7 milyard 158 milyon 90,91 min dəyərində neft ixrac olunub.

Yanvar-sentyabr aylarında neft ixracı miqdar ifadəsində ötən ilin analoji dövrünün göstəricisi ilə eynilik təşkil edib, dəyər ifadəsində 36,5% azalıb.

Yanvar-sentyabr aylarında ixracın ümumi strukturunda neftin payı 67,66% təşkil edib.