Siyasət

20 Oktyabr

Energetika Nazirliyi 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisi 30 milyard kVt·st-a qədər artacağını proqnozlaşdırır

2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın25,5milyard kVt·st-a qədər artacaq.

Fins.az xəbər verir ki,bunu Energetika naziri Pərviz Şahbazov deyib.

“Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir. 2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın25,5milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən15%artımla30milyard kVt·st-a çatacağı proqnozlaşdırlır”, - Şahbazov rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Nazir qeyd edib ki, bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan “Şimal-2” elektrik stansiyası, bu il təməli qoyulmuş və2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan385МVt gücündə “Qobu” elektrik stansiyası hesabına əldə ediləcək.

“Həmçinin bu prosesdə “Azərenerji” ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən1300MVt imkan gücündən istifadə ediləcək”, - nazir qeyd edib.

Onun sözlərinə görə, yeni istehsal güclərinin yaradılması hesabına son10ildə elektrik enerjisinin istehsalında39,7%artım əldə edili. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı58,3% artıb, elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin22,4%-dən10,2%-dək azalıb.

Nazir bildirib ki, 2019-cu ildə elektrik enerjisinin istehsalı26,1milyard kVt·st, istehlakı isə21,6milyard kVt·st təşkil edib.

«Bu ilin9ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə0,8%azalaraq,19,4milyard kVt·st təşkil edib”, - Şahbazov bəyan edir.