Siyasət

19 Oktyabr

“BP” neft emalı zavoduna investisiya qoymaqdan imtina edə bilər

Virjin Adalarının St. Croix bölgəsindəki problemli “Limetree Bay” Neft Emalı Zavodu dekabr ayına qədər yenidən qurulub işə salınmasa, əsas neft tədarükçüsü İngiltərənin “BP” şirkətini itirə bilər.

Məlumata görə, Karib Neft Emalı Zavodunun sahibi “Limetree Bay Ventures” başlanğıçda Latın Amerikası və Karib dənizindəki az kükürdlü yanacaqlara və bazarlara artan tələbi qarşılamaq üçün zavodu yenidən qurmaq məqsədi ilə ən azı 2,7 mlrd ABŞ dolları xərcləyib. Ancaq zavodun fəaliyyətə başlama tarixi təxminən 1 il təxirə salınıb.

“Limetree Bay” zavodunun sahibi “EIG Global Energy Partners” və “Arclight Capital Partners”in hədəfi gündəlik 210 min barel təmizlənmiş məhsul istehsal etmək idi, lakin koronavirus pandemiyası bütün dünyada neft məhsullarına olan tələbi azaldıb.

“BP” 2019-cu ilin sonlarında istehsal etdiyi yanacaqları bazara çıxarmaq və xam neft tədarük etmək üçün zavoda investisiya qoyub. Mənbələrin fikrincə, zavodun ilin sonuna qədər müəyyən istehsal hədəfinə çatmayacağı təqdirdə “BP”nin müqaviləni ləğv edə biləcəyini, bununla da Amerikadakı ən böyük yeni neft emalı gücünü riskə atdığını bildirirlər.

© APA