Siyasət

16 Oktyabr

Azərbaycanda sement istehsalı 0,6% AZALIB 

Tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 576,3 milyon manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 25,9 faiz artıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə,tikinti gipsinin istehsalı 78,8 faiz, tikinti kәrpicinin istehsalı 24,0 faiz, hörmә üçün hazır beton qarışığının istehsalı 4,2 faiz artıb.

Eyni zamanda sementin istehsalı 0,6% betondan yığma tikinti konstruksiyalarının istehsalı 19,5%,tikinti әhәnginin istehsalı 30,6 %, emal edilmiş mәrmәr,travertin, alebastr vә onlardan mәmulatların istehsalı 34,1%,asfaltın istehsalı 48,5 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 44,5 % azalıb.

Müəllif: Aynur Qəniyeva