Siyasət

16 Oktyabr

Şahdəniz yatağından çıxarılan Azərbaycan qazının ixracı 17,9% artıb

 2020-ci ilin yanvar-sentyabr aylarında Şahdəniz yatağından Azərbaycan qazının ixracı 8 milyard 736,2 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, Şahdəniz yatağından qaz ixracının payı 2020-ci ilin yanvar-sentyabr aylarında magistral qaz kəmərləri ilə nəql olunan qazın ümumi həcminin 40,6% -ni təşkil edib.

Bildirilir ki, ümumilikdə yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri 21 milyard 515,5 milyon kubmetr qaz ixrac edib.Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaisədə 8% artıb.