Siyasət

09 Oktyabr

"Moody's" qlobal əlvan metal sənayesi üzrə proqnozunu yaxşılaşdırıb

"Moody's" beynəlxalq reytinq agentliyi artan tələbat fonunda qlobal əlvan metal sənayesi üzrə proqnozunu mənfidən sabitə yüksəldib.

Fins.az-ın məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Belə ki, Çin iqtisadiyyatının bərpası əlvan metallara olan tələbatı yüksəltməklə yanaşı, eyni zamanda investorların marağını da artırıb.

"Moody's" qeyd edir ki, Çində əlvan metalların istehsalı və istehlakını nəzərə alınmaqla, Çin bazarları əlvan metal sənayesi üçün olduqca vacibdir.

Eyni zamanda, agentlik hər bir konkret metal üçün tələb və təklifin fundamental göstəricilərindən və bazarlarda son vəziyyətdən asılı olaraq sənayenin bərpasının qeyri-bərabər ola biləcəyini qeyd edir.

"Moody's"ə görə, yeni mədənlərə investisiya qoyuluşu, artan siyasi və ekoloji risklər gələcəkdə əlvan metallar sənayesi üçün əsas mövzular olacaq.