ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftəyə görə keçən həftə 500.000 barel artıb
Fins.az xəbər verir ki,ABŞ Enerji Məlumat İdarəsi (ƏMTQ) ölkədəki xam neft ehtiyatlarının keçən həftə 500.000 (0.1%) artaraq 492.9 milyon barelə çatdığını açıqlanıb. Bazar gözləntisi, ehtiyatların təxminən 400 min barel artması idi.
Ticarət xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 642 milyon barrelə düşüb. Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 1,4 milyon barel ( 0,6%) azalaraq 226,7 milyon barelə enib..
Neft hasilatı artıb.
ABŞ-ın xam neft idxalı əvvəlki həftəyə görə gündəlik orta hesabla 610 min barel artaraq təxminən 5,73 milyon barrelə çatarkən, neft ixracatı gündəlik 853 min barel azalaraq 2,66 milyon barrelə çatdı.
Ölkənin gündəlik xam neft istehsalı 26 sentyabr-2 oktyabr həftəsində 316 min barel artaraq təxminən 11,459 milyon barelə çatıb
Müəllif:Aynur Qəniyeva