Siyasət

07 Oktyabr

“NÖC və Avtomatika” Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

“NÖC və Avtomatika” MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

“NÖC və Avtomatika” neft və qaz çıxarmada idarəetmə proseslərinin avtomatlaşdırılması, mexanikləşdirilməsi, istehsal avadanlıqlarının quraşdırılması, təmiri və servis göstərilməsi xidmətlərini yerinə yetirir. Müəssisə 1969-cu ildən fəaliyyət göstərir və bu sahədə Azərbaycanda yeganə çoxillik təcrübəyə malik yerli şirkətdir. Müəssisədə beynəlxalq standartlara uyğunluq sertifikatı almış mühəndis və texnik heyəti çalışır.