Azərbaycan sentyabrda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Energertika Nazirliyi məlumat yayımlayıb
Məlumata görə, “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
Müəllif:Aynur Qəniyeva