2020-ci ilin sentyabr ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 653,5 min barrel olub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika nazirliyi məlumat yayımlayıb
Məlumata görə,bunun 585 min barrelini xam neft, 68,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460 min barreli “Azəri-Çıraq-Günəşli”, 125 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
Müəllif:Aynur Qəniyeva