COVID-19 pandemiyası səbəbindən qlobal bazarlardakı qeyri-müəyyənlik və risklər neft bazarına və iqtisadi artımın bərpa sürətinə təsir göstərməkdə davam edəcək.
Bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
OPEC-in “Twitter” hesabından edilən açıqlamada qlobal neft təklifi və tələbata dair texniki iclas keçirildiyi bildirilib.
Yığıncağa OPEC-ə üzv və qeyri-OPEC neft istehsal edən ölkələrin nümayəndələrinin və ekspertlərin qatıldığı qeyd edilən açıqlamada COVID-19-un qlobal neft sektoruna təsirlərinin müzakirə edildiyi qeyd olunub.
M.Barkindo deyib: “OPEC neft bazarının sabitləşəcəyinə dair nikbinliyini ehtiyatla qoruyur. Buna baxmayaraq, qeyri-müəyyənlik və risklər neft bazarına və iqtisadi artımın bərpa sürətinə təsir göstərməkdə davam edəcək. Bu görüş də daxil olmaqla, xam neft istehsalı ilə bağlı müzakirələrimiz davam edəcək”.