“SOCAR Türkiye”də təyinat olub.
Fins.az Banker.az-a istinadən xəbər verir ki, bu, Mikayıl Yusifovdur.
O, “SOCAR Türkiye”nin Dövlət orqanları ilə kommunikasiya və rabitə üzrə baş inzibatçı təyin edilib.
O, 2018-ci ilin yanvarından 2019-cu ilin mayına qədər inzibatçı direktor, həmin tarixdən bu günə qədər bu şirkətdə Korporativ xidmətlər üzrə direktor kimi çalışırdı.