SOCAR 2020-ci ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk neft kəməri ilə 278,91 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
Bildirilir ki, “Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Novorossiysk limanına 278,91 min ton, sentyabrda isə 79,76 min ton neft nəql olunub
SOCAR 2019-cu ilin yanvar-sentyabr aylarında Bakı-Novorossiysk kəməri ilə 574,17 min ton neft nəql edib. Beləliklə, cari ilin müvafiq dövründə bu boru kəməri ilə neft ixracı 51,4% azalıb.
2020-ci ildə SOCAR tərəfindən Bakı-Novorossiysk neft kəməri ilə ixracın azalması yanvar-iyul aylarında boru kəmərinin fəaliyyətini dayandırması ilə izah olunur. SOCAR iyulun 17-dən sözügedən kəmərlə neft ixracını bərpa edib.
Daha əvvəl verilən məlumata görə, SOCAR 2020-ci ilin IV rübündə 255 min ton neft nəql etməyi planlaşdırır.
SOCAR 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 824,4 min ton neft nəql edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
(c)İnterfaks Azərbayacan