Siyasət

30 Sentyabr

“Azərkosmos” -un xidmət ixracından əldə etdiyi gəlir 8,6% artıb

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2020-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Fins.az xəbər verir ki,bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir. 
Məlumata görə,“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edir. 
 
Müəllif:Aynur Qəniyeva