Siyasət

29 Sentyabr

BP ictimaiyyətlə açıq virtual görüşü təxirə saldı

BP elan edir ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahə daxilində kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə 30 sentyabr 2020-ci il tarixinə planlaşdırılmış açıq virtual görüş internet bağlantısında yaranmış çətinlikləri nəzərə alaraq təxirə salınır.

Görüşün nə vaxt keçiriləcəyi haqqında əlavə məlumat ictimaiyyətə çatdırılacaq.