“Azəriqaz” İstehsalat Birliyi üzrə müştəri xidmətlərinin elektron sistemi yaradılacaq.
İB-dən verilən məlumata görə, sistem işə düşdükdən sonra abonent məlumatlarında dəyişikliklərin edilməsi, borc və ödəniş haqqında arayışların verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartda istifadə olunmayan vəsaitin abonent koduna köçürülməsi və digər əməliyyatların icrasını elektron formada həyata keçirilə bilər.
Hazırda “Azəriqaz” İB “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşlara 21 xidmət növü təqdim edir. Lakin bunun müəyyən hissəsinin Birliyin digər strukturları ilə bilavasitə bağlı olması, yəni bəzi sənədlərin işlənilməsini digər şöbələrin əməkdaşları icra etdiyindən vaxt itkisi yaranır, vətəndaş narazı qalır və nəhayət bu da müştəri məmnuniyyətinin azalmasına gətirib çıxarır. Ona görə də qərara alınıb ki, müraciətlərin təminatı ilkin mərhələdə vahid bir elektron poçt üzərindən, gələcəkdə isə xüsusi internet-portalı üzərindən yeni iş proseduru seçilməklə icra olunsun.