Siyasət

25 Sentyabr

Sənaye Korporasiyası Azərbaycanda yeni alüminium zavodunun tikintisi planlaşdırır

Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK)Azərbaycanda yeni alüminium zavodu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün şirkət seçir.

Seçim təkliflər sorğusu metodu ilə keçirilir.

Maraqlı olan şirkətlər təkliflərini 2 oktyabr 2020-ci il tarixinədək təqdim etməlidirlər.

Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.