Siyasət

24 Sentyabr

“Qobu” ES və  yarımstansiyanın tikinti sənədlərinə Dövlət Ekoloji Ekspertiza Agentliyi rəy verməlidir

385 meqavatlıq “Qobu” ES və 330/220/110 kV-luq yarımstansiyanın tikinti sənədlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi baxaraq rəy verməlidir.
"Azərenerji" ASC-dən fins.az-a verilən məlumata görə, ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna görə, gücü 300 MVt və daha çox olan elektrik stansiyalarının, eləcə də gücü 220 kV-dan çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərindəndir.

Stansiyanın inşası üçün yer seçilərkən ekoloji tarazlıq, qəsəbə sakinlərinin sağlamlığı və digər məsələlər nəzərə alınıb. 
Stansiyanın inşaat işlərinə beynəlxalq nəzarət təmin olunacaq, ekoloji baxımdan əhəmiyyətinə xüsusi diqqət yetiriləcək. Generasiya gücünün istismarı isə beynəlxalq ekoloji standartlara tam şəkildə cavab verəcək.