Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan "Petkim Petrokimya Holding" mətbuatda "Petrokim"lə "şübhəli maliyyə əməliyyatı" iddialarına cavab verib.
"Petkim"in açıqlaması Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında yer alıb.
Qeyd edilib ki, "Petrokim Trading"lə pul köçürmələri tamamilə neft-kimya məhsullarının ticarəti ilə bağlı olub adi ticarət əlaqələri çərçivəsindədir və bütün müvafiq qanunlara uyğun formada həyata keçirilib:
"Şirkətimizin beynəlxalq sanksiyalar tətbiq edilən ölkələr və ya müəssisələr ilə hər hansı əməkdaşlığı yoxdur. İndiyədək kommersiya fəaliyyətimiz səbəbindən hər hansı sanksiya və ya məhdudlaşdırma tətbiq olunmayıb. Digər tərəfdən isə "Petrokim Trading" SOCAR-ın portfelindən 2018-ci ildə çıxıb, hazırda da SOCAR-la hər hansı sahiblik əlaqəsi yoxdur".