2021-ci ilin may ayında Bakıda Mineral gübrə və pestisid istehsalçılarının (SCIF 2020)IV Ümumdünya konqresi keçiriləcək. Bu barədə Münbitlik Agentliyi xəbər verir.
"Tədbirin məqsədi MDB ölkələrindən olan şirkətlərin mineral gübrə və pestisid istehsal edən avropalı tərəfdaşlar və xarici mütəxəssislərlə əməkdaşlıq qurmasıdır", - deyə məlumatda qeyd olunur.
Konqres çərçivəsində təşkil olunacaq ikitərəfli biznes-görüşlər (B2B) çərçivəsində ekspertlər mühüm sahəvi məsələləri müzakirə edəcək, biznesmenlər isə tərəfdaşlar və müştərilər tapmaq imkanı əldə edəcəklər, onların arasında Moskva Dövlət Universiteti və “SOCAR Carbamide Plant” zavodu da olacaq