Siyasət

22 Sentyabr

Azeri-Çıraq - Günəşli və Şahdəniz üzrə hasil edilən neftin həcmi açıqlanıb

Respublika üzrə hasil edilmiş neftin 16 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 2,4 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 mln. ton təşkil edib
Fins.az xəbər verir ki,Energetika Nazirliyi bu barədə məlumat yayımlayıb.

Məlumata görə, səkkiz ayda 19,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən təxminən 1,7 mln. ton, yəni 8% azdır. Neft-kondensatın 18,4 mln. tonu konsorsium, 0,8 mln. tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd. kubmetr artımla 25,1 mlrd. kubmetr qaz hasil edilib. Qaz hasilatının 7,9 mlrd. kubmetri AÇG-dən, 12,3 mlrd. kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 4,9 mlrd. kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 8,7 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin yanvar-avqust aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 25,3% çox, yəni 7,2 mlrd. kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,5 mlrd. kubmetr olub.