Siyasət

22 Sentyabr

Azərbaycanda neft hasilatı AZALIB

2020-ci ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Fins.az xəbər verir ki,bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb

 Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 milyon ton az olub. 
Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.
Səkkiz ayda 19,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-avqust aylarına nisbətən, təxminən, 1,7 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 18,4 milyon tonu konsorsium, 0,8 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib. 

Müəllif:Aynur Qəniyeva