"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.
Fins.az xəbər verir ki, 1,8 kilometr uzunluğunda sahə Dağıstanın Kizilyurt rayonunun ərazisindən keçir. Sahənin tikintisi altı ay ərzində davam edib.
Bununla belə, Qroznı-Bak magistral neft kəmərinin işi dayandırılmayıb. Neft nəqli planlaşdırılmış cədvələ uyğu həyata keçirilib.