Siyasət

19 Sentyabr

“Ukrtransnafta” ilin sonunadək Azərbaycan nefti ilə yüklənmiş 2-3 tanker partiyası nəql etməyi planlaşdırır

"Ukrtransnafta" SC 2020-ci ilin sonunadək Azərbaycan nefti ilə yüklənmiş daha iki-üç tanker partiyası qəbul etməyi və Belarus istiqamətində nəql etməyi planlaşdırır. Bu barədə şirkətin baş direktoru, "Naftoqaz" qrupunun neft divizionunun rəhbəri Nikolay Qavrilenko məlumat verib.

"Azeri Light" markalı neft “Belarus neft şirkəti”nin törəməsi ilə 2020-ci ilin sonuna qədər bağlanmış müqavilə çərçivəsində "Pivdennıy" dəniz neft terminalında ("Yujnıy", Odessa vilayəti) boşaldılır və Mozır neft emalı zavoduna nəql olunur.

"Ukrtransnafta" sentyabrın əvvəlində Mozır NEZ üçün Azərbaycan nefti ilə yüklənmiş 7-ci tankeri qəbul edib və hazırda neftin nəqli həyata keçirilir. Beləliklə, cari ilin mart-sentyabr aylarında Belarusa təxminən 600 min ton neft nəql olunacaq

Azərbaycan neftinin nəqli Odessa-Brodı neft kəməri və "Drujba" neft kəmərinin iki qolundan biri istifadə olunmaqla həyata keçirilir. SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft tədarük edə bilər.

(c)İnterfaks Azərbaycan