Yanvar-avqust aylarında emal edilmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 35,6% - 16,34 min tonadək, beton konstruksiya istehsalı 24,7% - 22 min kubmetrədək, asfalt istehsalı 46,2% - 111,2 min tonadək azalıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə tikinti gipsi istehsalı 2 dəfə - 13 min tonadək, tikinti kərpici istehsalı 26,3% - 339 min kubmetrədək, hazır beton qarışığı istehsalı 9,6% - 1 milyon 202,7 min tonadək artıb