2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 497,3 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 189,7 min ton sement (azalma 1,6%), 20,8 min ton tikinti əhəngi (azalma 33,8%), 29,1 min ton sement, süni daş və ya betondan tikinti blokları və kərpic (azalma 57,1%) istehsal olunub.