Siyasət

16 Sentyabr

KİV: "OPEC+" ölkələri avqustda öhdəliklərini 101% icra edib

Bu ilin avqust ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti təqribən 101%-ə bərabər olub.

Bu barədə "Bloomberg" və "Reuters"ə "OPEC+"dan olan mənbələr bildirib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən isə, sözügedən ölkələr avqustda öhdəliklərinin 97%-ni yerinə yetirib.

Qeyd edək ki, sentyabrın 17-də "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası (JMMC) keçiriləcək.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir