Siyasət

16 Sentyabr

Azərbaycanda qızıl hasilatı 1,7% azalıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 min 364,6 kq qızıl hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,7% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

2020-ci ilin 8 ayı ərzində 2 min 847 kq gümüş (artım 15,7%) hasil edilib.

Hasil edilən qızıl və gümüş emala göndərilib.

1 sentyabr 2020-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 293,2 kq, gümüş ehtiyatının həcmi 135 kq təşkil edir.