2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 23 milyon 421,2 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7% azdır. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında əmtəəlik neft hasilatı 7,2% - 23 milyon 323 min tonadək azalıb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 24 milyard 922,6 milyon kubmetr qaz (artım 8%) hasil edilib. Əmtəəlik qaz hasilatı 17 milyard 802,4 milyon kubmetr (artım 12,2%) həcmində olub