2020-ci ilin yanvar-avqust aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 7 milyard 964,4 milyon kubmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 40,1%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - Komitədən bildirilir.
Bütövlükdə, cari ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19 milyard 839,4 milyon kubmetr qaz (artım 11,1%) nəql edilib.