Siyasət

15 Sentyabr

“Azərişıq” Tovuz rayonunun Ağdam kəndinin elektrik enerjisi ilə təminatı ilə bağlı yenidənqurma həyata keçirir

 “Azərişıq”  ASC rəhbərliyi  düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidən qurma işlərinə start verib. 

Fins.az xəbər verir ki, “Azərişıq” ASC-nin rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır.

Müəllif:Aynur Qəniyeva