Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 44 min ton neft bitumu idxal edib.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal ümumi idxalın 60,4%-nə bərabər olub. Yanvar-avqust ayları ərzində Gürcüstan İrqadan 16,2 min ton (22,2%), İrandan 7,6 min ton (10,4%), Rusiyadan 3,2 min ton (4,4%), Ermənistandan 0,9 min ton (1,2%), Türkiyədən 0,8 min ton (1,1%), BƏƏ-dən 0,2 min ton (0,3%) neft bitumu idxal edib.
Yanvar-avqust ayları ərzində Gürcüstanın neft bitumu idxalının ümumi həcmi 72,9 min ton təşkil edib ki, bu da illik müqayisədə 37,6 min ton və ya 34% azdır.
Təkcə cari ilin avqust ayında isə Gürcüstanın neft bitumu idxalı illik müqayisədə 0,5 min ton və ya 3,1% azalaraq 15,6 min ton neft bitumu idxal edib.