Siyasət

15 Sentyabr

OPEC 2021-ci ildə Azərbaycanda kondensat ilə neft hasilatı üzrə proqnozu cüzi azaldıb

OPEC 2020-ci ildə Azərbaycanda kondensat ilə neft hasilatı üzrə orta sutkalıq proqnozu 720 min barrel səviyəsində saxlayıb, 2021-ci ildə sutkalıq 710 min barrelədək azalma gözləyir. Bu barədə kartelin aylıq hesabatında qeyd olunur.

“OPEC+”un qərarına əsasən, 2020-ci ildə Azərbaycandamaye karbohidrogenlərin istehsalının sutkada 0,07 milyon barrel – sutkalıq 0,72 min barrel orta səviyyəyə qədər azalacaq. 2021-ci ildə bu göstəricinin sutkada 0,01 milyon barrel – 0,71 milyon barrelədək azalması gözlənilir”, - hesabatda qeyd olunur.

Öncə OPEC 2020-2021-ci illərdə Azərbaycanda neft hasilatını sutkalıq 0,72 milyon barrel orta səviyyədə proqnozlaşdırıb.

Kartelin məlumatına görə, 2020-ci ilin iyun ayında Azərbaycanda maye karbohidrogenlərin istehsalının sutkada 0,02 milyon barrel – sutkalıq 0,68 milyon barrel orta səviyyəyə qədər azalıb, iyulda da qismən bu səviyyədə qalıb.

“Avqustda istehsal həcmləri üzrə ilkin məlumatlar iyulun göstəricisi ilə müqayisədə sutkada 0,03 milyon barrel – 0,7 milyon barrel orta rəqəmə qədər artım olduğunu göstərir”, - hesabatda deyilir.

Xəbər verildiyi kimi, OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq. May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri avqust-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 14% olmaqla 98 min barel müəyyənləşib.

Azərbaycan may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98%, iyunda 100,1%, iyulda 99,9%, avqustda 101,8% yerinə yetirib