Yanvar-avqust aylarında Azərbaycandan 89,7 min ton polietilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) fins.az-a verilən məlumata görə hesabat dövründə ixrac edilən polietilenin dəyəri isə 58,2 milyon ABŞ dolları olub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.