Siyasət

14 Sentyabr

Azərbaycanda sənaye istehsalı AZALIB

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal edib.

Fins.az Dövlət Statistika Komotəsinə istinadən xəbər verir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz azdır. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artıb.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Müəllif:Aynur Qəniyeva