2020-ci ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 131 yeni abonent qeydiyyata alınıb.
Fins.az xəbər verir ki, bundan 4 961 abonent Bakı, Abşeron və Sumqayıt, 1 170 abonent regionların payına düşür. 2020-ci ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 519-a bərabər olub.
Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.
Onu da qeyd edək ki, 2020-ci il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5 000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.
Müəllif:Aynur Qəniyeva