Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 1,331 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% və ya 6,7 mln. manat azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu, illik müqayisədə 0,1 faiz bəndi azdır.