Siyasət

09 Sentyabr

SOCAR rəsmisinin "Reuters"ə açıqlaması:"Mövcud tələbat fonunda Avropada neft emalı zavodlarının sayı olduqca çoxdur"

Neft məhsulları bazarında hazırkı tələbat fonunda Avropadakı neft emalı zavodlarının sayı olduqca çoxdur.

Məlumata görə, bu barədə "Reuters"ə "SOCAR Trading" şirkətinin rəsmisi Xəyal Əhmədzadə deyib.

COVID-19 pandemiyası fonunda Avropa bazarlarında dizelə olan tələbatın kəskin azalmasının neft emalı zavodlarının fəaliyyətinə mənfi təsirini şərh edən X. Əhmədzadə bildirib ki, bəzi treyderlər dizelin qiymətlərinin sıfıra yaxınlaşacağını və hətta mənfiyə düşəcəyini gözləyir. O həm də əlavə edib ki, aşağı tələbat mühitində bəzi neft emalı zavodları daha işləyə bilməyəcək.

"Qazoil və dizel neft emalı zavodlarında istehsal olunan məhsulların 40-50%-ni təşkil edir və bu məhsullar üzrə gəlir əldə olunmalıdır, əks halda neft emalı zavodları yalnız nağd pul itirib bağlanmalıdır", - deyə X. Əhmədzadə qeyd edib.

(c)APA