Siyasət

08 Sentyabr

 “AzerGold” ixracdan 68.5 milyon ABŞ dolları gəlir əldə edib

“AzerGold” QSC-nin cari ilin 8 ayı ərzində əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilmişdir.

Fins.az xəbər verir ki, bu, faizlə ifadə etsək, hasilat üzrə planla müqayisədə 14% artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib.

 “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon ABŞ dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilib

Müəllif:Aynur Qəniyeva