Siyasət

04 Sentyabr

Türkiyə 7 bölgədə neft axtarışlarına başlayır

Türkiyə indi də neft axtarışları ilə bağlı hərəkətə keçir.

Fins.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Məlumata görə, Türkiyənin Dövlət Neft-qaz Korporasiyası (TPAO) ölkənin ərazi suları xaricindəki 7 bölgədə neft axtarışlarının aparılması ilə bağlı lisenziya üçün müraciəti edib:

“Razılığa əsasən, Türkiyə ilə Liviya arasında 18,6 mil (29,9 km) kontinental şelf və eksklüziv iqtisadi zona sərhədləri təyin edilib. Bu da 189 min kvadrat kilometrlik bir sahəni əhatə edir. Bu anlaşmadan sonra TPAO Türkiyə xaricindəki 7 bölgədə neft axtarışlarının aparılması ilə bağlı lisenziya üçün müraciəti edib. Lisenziya əldə olunduqdan sonra ilk tədqiqat işlərinə “Oruc Rəis” gəmisi ilə başlanacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, Kipr adası ətrafında 8 milyard barrel neft ehtiyatı, Kirt adasının cənub-şərqində və Kipr adasının ətrafında isə 3,5 trilyon kubmetr təbii qaz aşkar edilib.