Qazaxıstanın 2020-ci ilin yanvar-avqust aylarında neft hasilatından əldə etdiyi gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 3,8 milyard dollar azalıb.
Fins.az interfax-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirin birinci müavini Əlixan Smailov bildirib.
O bildirib ki, neft sənayesində, bu ilin 8 ayının nəticələrinə görə, keçən ilə nisbətən neft hasilatı gəlirləri% 46 azalıb
Smailov, hökumətin "iqtisadiyyatın bütün sahələrini daimi gəlir mənbəyinə çevirmək" üçün çalışdığını qeyd edib. Onun sözlərinə görə, istehsal sektoru, kənd təsərrüfatı, nəqliyyat və turizm ən böyük potensiala malikdir.
Müəllif:Aynur Qəniyeva