Sentyabr ayında keçirilməsi planlaşdırılan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 60-cı ildönümünün qeyd olunmasını təxirə salınıb.
Fins.az xəbər verir ki.İraq neft naziri İhsan Abdul Cabbar İsmael, OPEC baş katibi Məhəmməd Barkindoya yazdığı məktubda, bu tarixi hadisəyə aylarca hazırlaşdıqdan sonra isə 60 illik yubileyinə ev sahibliyi edə bilməməsinə görə məyus olduğunu dilə gətirib
Nazir, "Sağlamlıq və təhlükəsizlik çox vacibdir.Çox təəssüf ki, sentyabr ayında OPEC-in ildönümünü tarixi Bağdad konfransının 1960-cı il sentyabrın 10-dan 14-ə qədər olduğu yerdə qeyd edə bilmərik" deyə qeyd edib.
Qeyd edək ki,OPEC, 14 sentyabr 1960-cı ildə Bağdadda beş dövlət tərəfindən quruldu: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela. O vaxtdan bəri təşkilatın üzvlərinin sayı artaraq 13 neft istehsal edən ölkəyə çatıb
OPEC də bu ay katibliyinin Vyanaya köçməsinin 55-ci ildönümünü qeyd edir.
Müəllif:Aynur Qəniyeva